Modern.az

Mixail Saakaşvili: “Bir ildən sonra yenidən Gürcüstanda hakimiyyətə gələcəyəm”

Mixail Saakaşvili: “Bir ildən sonra yenidən Gürcüstanda hakimiyyətə gələcəyəm”

Təhsil

18 Fevral 2015, 11:06


Hazırda Ukraynada prezident Pyotr Poroşenkonun məsləhətçisi olan Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili 1 ildən sonra komandası ilə Gürcüstana qayıdacağını və yenidən iqtidara gələcəyini deyib. Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, Saakaşvili İvanişvili hakimiyyətini kəskin tənqid edib: “Bu gün Gürcüstanda baş verənlər fəlakətdir. Hazırkı hakimiyyət ölkəni səfilliyə sürükləyib”.

Onun fikrincə, bunun səbəbi yeni gürcü iqtidarının Rusiya meylli siyasət yürütməsindədir. “Bugünkü Gürcüstanın faktiki rəhbəri, keçmiş baş nazir İvanişvili hesab edir ki, Gürcüstan elə bir mövqe tutmalıdır ki. bütün dünya onu unutsun – yəni Ukraynanı dəstəkləməsin, Abxaziya, Sxinvali haqda danışmasın”.

Xatırladaq ki, ötən gün Gürcüstan Saakaşvilinin ölkəyə ekstradisiyasını tələb etsə də Ukrayna tərəfi bu təklifə rədd cavabı vermişdi.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı