Modern.az

İrandan Naxçıvana qaz satışı: “Niyə vətəndaşlarımızı öz qazımızla təmin etmirik?”

İrandan Naxçıvana qaz satışı: “Niyə vətəndaşlarımızı öz qazımızla təmin etmirik?”

Təhsil

18 Fevral 2015, 11:19


“Şahdəniz” qaz-kondensat yatağından hasil edilən qazın Türkiyə vasitəsilə  Naxçıvana çatdırılması planlaşdırılır. SOCAR-ın vitse-prezidenti Rəhman Qurbanov çıxış edərək bildirib ki, Bakı- Tiflis- Ərzurum qaz kəməri üzərində geniş tərkibli işlər gedir.

“Bakı- Tbilisi-Ərzurum” boru kəməri vasitəsi ilə Naxçıvana qaz xətti çəkilməsi planlaşdırılır. Sadəcə, layihə üzərində iş gedir və bəzi müzakirələr aparılır. Bir müddətdən sonra işlərə başlanılacaq”- deyə Rəhman Qurbanov bildirmişdi.  

Məsələyə münasibət bildirən keçmiş dovlət müşaviri, politoloq Qabil Hüseynli Modern.az-a bildirib: “Öz qazımız özümüzə daha uzuz qiymətə başa gəlir və həmin xəttən bir qolun ayrılması haqqında indi bir qərar səsləndirilmir.

Çoxdan səsləndirilir ki, həmin xəttən bir qol ayrılaraq Türkiyə ərazilərindən Naxçıvana  ötürüləcək. Naxçıvan üçün İrandan 350 dollara aldığımız qazın, əgər maya dəyəri bizdə 50-60 dollardırsa, niyə özümüz öz qazımızla öz vətəndaşlarımızı təmin etməyək?!”  

Xatırladaq ki, 2007-ci il iyulun 3-də "Şahdəniz" qaz-kondensat yatağından hasil edilən təbii qaz Bakı-Tbilisi-Ərzurum marşrutu üzrə Cənubi Qafqaz qaz boru kəməri ilə Türkiyə sərhədlərini aşaraq, qardaş ölkənin qaz kəmərləri sisteminə daxil olub.

Bu kəmər Azərbaycan qazını Gürcüstandan keçirməklə, Türkiyənin şərq hissəsinə daşıyır. Naxçıvana çəkiləcək qaz xətti isə muxtar respublikanın qaz təchizatının təmamilə İran asılılığından qurtulmasına gətirib çıxara bilər. Artan perspektivlər səbəbiylə Xəzərin təbii qazının “Bakı-Tbilisi- Ərzurum boru kəmər”i vasitəsilə Trans Adriatik Boru Kəməri və Trans-Anadolu qaz boru kəmərlərinə qoşularaq Avropaya tədarük edilməsi planlaşdırılır.    

Şahin Qocayev

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı