Modern.az

BDU-nun tələbələri Türkiyə media qurumlarında təcrübə keçiblər - FOTO

BDU-nun tələbələri Türkiyə media qurumlarında təcrübə keçiblər - FOTO

Təhsil

18 Fevral 2015, 12:35

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbələri Türkiyə media qurumlarında təcrübə keçiblər. BDU-dan Modern.az-a verilən məlumata görə, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Şamil Vəliyev, radio-televiziya jurnalistikası kafedrasının müdiri Aynur Kərimova və fakültənin 10 tələbəsi Türkiyədən qayıdıblar. 1 həftəlik səfər müddətində tələbələr TİKA, TRT, TRT Ankara radiosu, TRT muzeyi, Anadolu Agentliyi, “Haber 7”, “Yeni Şafak”, “Sabah” qəzeti, Mətbuat Nəşriyyat İnformasiya Baş İdarəsi, Qazi Universitetinin jurnalistika fakültəsinin rəhbərləri ilə görüşüb, təlim-təcrübə proqramında iştirak ediblər.

Qeyd edək ki, layihə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin Bakı proqram Koordinasiya ofisinin (TİKA) və Bakı Dövlət Universitetinin birgə layihəsi əsasında baş tutub.


Modern.az  
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı