Modern.az

«ABŞ dövlət katibinin müavini Xədicə İsmayıldan başqa heç bir jurnalisti tanımadı»- Elçin Şıxlı

«ABŞ dövlət katibinin müavini Xədicə İsmayıldan başqa heç bir jurnalisti tanımadı»- Elçin Şıxlı

Təhsil

18 Fevral 2015, 13:33

“ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nulandla görüşdə söhbət ümumi medianın vəziyyəti, media qanunları, ölkədə hansı media strukturlarının olmasından, media qanununlarının təkmilləşdirilib-təkmilləşdirilməməsindən gedirdi”.

Bunu Modern.az-a açıqlamasında fəaliyyətini dayandıran “Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı deyib.

Baş redaktor “görüşdə qəzetin fəaliyyətinin dayandırılması ilə bağlı hər hansı fikir səsləndirildimi” sualına cavab olaraq bildirib ki, qəzetin bərpa olunub-olunmaması müzakirə edilməyib.

Elçin Şıxlı ABŞ rəsmisinin azərbaycanlı media nümayəndələrindən Xədicə İsmayıldan başqa heç kimi tanımadığını vurğulayıb: “Mən görüşdə Rauf Mirqədirovun adını çəkdim, onunla bağlı məsələni xanım Nulandın diqqətinə çatdırdım. Amma Raufu tanımadı. Təəssüf ki, onların Azərbaycanda Xədicə İsmayıldan başqa heç kimdən xəbərləri yoxdur”.

ABŞ dövlət katibinin müavini Viktoriya Nuland fevralın 17-də Bakıda prezident İlham Əliyevlə görüşüb. O yarım günlük səfər zamanı vətəndaş cəmiyyətinin təmsilçilərinə də vaxt ayırıb – 20 dəqiqə. Nuland jurnalist Elçin Şıxlı, Marşal Fondunun təmsilçisi Mehriban Rəhimli və “NİDA” hərəkatından Turqut Qəmbərlə görüşüb.

Gülşən RAUFQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı