Modern.az

Şirməmməd Hüseynovun daha bir qızına vəzifə verildi

Şirməmməd Hüseynovun daha bir qızına vəzifə verildi

Təhsil

18 Fevral 2015, 14:47

Tanınmış mətbuat tədqiqatçısı, professor Şirməmməd Hüseynovun qızı Milli Konservatoriyaya prorektor vəzifəsinə gətirilib.

Modern.az saytı axar.az-a istinadən xəbər verir ki, Lalə Hüseynova Milli Konservatoriyanın elmi işlər üzrə prorektoru təyin edilib. L.Hüseynova əməkdar incəsənət xadimi, sənətşünaslıq namizədi, professor Vaqif Əbdülqasımovun yerinə təyin edilib.

Xəbəri Milli Konservatoriyadan da təsdiqləyiblər. Bildiriblər ki, Konservatoriyanın bundan öncəki elmi işlər üzrə prorektoru V.Əbdülqasımov vəfat edib və boş qalan vəzifəyə Ş.Hüseynovun kiçik qızı təyin edilib.  

Xatırladaq ki, Ş.Hüseynovun böyük qızı Fərəh Hüseynova Mədəniyyət və İncəsənət Universitetinin rektorudur. 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...