Modern.az

“Türkiyə ilə əməkdaşlıqdan vaz keçməyəcəyik”

“Türkiyə ilə əməkdaşlıqdan vaz keçməyəcəyik”

Təhsil

18 Fevral 2015, 16:47


Rusiya prezidenti Vladimir Putin Moskvanın Türkiyə ilə əməkdaşıq etməkdən vaz keçməyəcəyini bəyan edib.  

Modern.az saytı xarici KİV-ə istinadla xəbər verir ki, Kreml başçısı bu barədə Macarıstanın baş naziri Viktor Orban ilə birgə mətbuat konfransında danışıb.  

Rusiya lideri bildirib ki, Moskva “Türk axını” enerji layihəsinin reallaşması istiqamətində Türkiyə ilə əməkdaşlıqdan əl çəkməyəcək. Putin əlavə edib:

“Türk partnyorlarımızla razılaşdıq. İndi “Xeyr Avropa bizə başqa bir şey təklif etdi” demək yaxşı olmaz. Bundan başqa özümüzü bərbad bir vəziyyətə gətirə bilərik. Buna görə də biz uzunmüddətli əməkdaşlığa üstünlük veririk”.  

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı