Modern.az

Poroşenko: “Ukrayna ordusu Debaltsevodan geri çəkilir”

Poroşenko: “Ukrayna ordusu Debaltsevodan geri çəkilir”

Təhsil

18 Fevral 2015, 16:55


Ukrayna qoşunları ölkənin şərqindəki, strateji əhəmiyyətə malik Debaltsevo şəhərindən geri çəkilir.  

Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, Ukrayna prezidenti Pyotr Paroşenko ordu birləşmələrinin şəhərdən planlı və mütəşəkkil bir şəkildə geri çəkildiklərini açıqlayıb. Debaltsevo, separatçıların nəzarətindəki Donetsk və Luqanskı bir-birinə bağladığı üçün həm Ukrayna, həm də separatçılar üçün əhəmiyyətlidir.   Poroşenko, birləşmələrin 80 %-nin çəkildiyini, qalanların da çəkilməyə davam edəcəyini bildirib.  

Belarusun paytaxtı Minskdə keçən həftə imzalanan atəşkəs razılaşmasına uyğun olaraq hər iki tərəf  ağır silahları geri çəkmək üçün öhdəliklər vermişdi. Bazar günü başlayan atəşkəs ölkənin şərqində icra edilsə də, üsyançılar Debaltsevenin atəşkəs çərçivəsində olmadığını, qəsəbənin onsuz da böyük bir hissəsini ələ keçirdikləri üçün əməliyyatların davam etdiriləcəyini bildirmişdi.  

Avropa Birliyi separatçıların şəhərdəki fəaliyyətlərinin qüvvədə olan atəşkəsin pozulması kimi dəyərləndirərkən, Rusiya xarici işlər naziri Sergey Lavrov Debaltsevo istisna olmaqla,  bütün istiqamətlərdə atəşkəsin davam etdiyini açıqladı.  

Minsk atəşkəsinin şərtləri nədən ibarət idi ?  

15 Fevral Kiyev vaxtı ilə  saat 00:00 etibarən bütün qarşıdurmalar dayandırılmalıdır.   Ağır silahlar 16 Fevraldan etibarən cəbhədən geri çəkilməli və geri çəkilmə iki həftə ərzində bitirilməldir.  

Tərəflər bütün əsirləri sərbəst buraxmalı, Ukraynadaki bütün xarici qüvvələr isə ölkə sərhədlərini tərk etməlidir.   Üsyançıların əlindəki bölgələrə 2015-ci ilin sonuna qədər daha çox muxtariyyət tanınmalıdır.  

Rusiya-Ukrayna sərhəd qapılarının nəzarəti təkrar Kiyev rəhbərliyinə verilməlidir.  

Şahin Qocayev

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...