Modern.az

Bir il əvvəl Yanukoviç rejimi ukraynalıların kütləvi qırğınını başladıb - VİDEO

Bir il əvvəl Yanukoviç rejimi ukraynalıların kütləvi qırğınını başladıb - VİDEO

Təhsil

18 Fevral 2015, 22:20

Üç gün – 2014-cü il fevralın 18-dən 20-dək – Kiyevdəki Maydanda müxalifətlə o vaxtkı prezident Viktor Yanukoviç rejimi arasında yaranan qarşıdurmanın pik nöqtəsi olub. Modern.az bildirir ki, məhz həmin gün müxalifət Ali Radada 2004-cü il Konstitusiyasına qayıdışla bağlı səsverməni dəstəkləmək üçün “Dinc hücum” adlı yürüş elan edib. Güc strukturlarının əhatəsində minlərlə adam parlament binasına doğru hərəkət edib. Keçirilməsi planlaşdırlan aksiyada güc tətbiqi planlaşdırılmırdı, ancaq bir qədər sonra kütləvi toqquşmalar başlayır. Milis silah tətbiq edir, nümayişçilərə yaxınlıqdakı binaların damlarından da atəş açılırdı. Kiyevin mərkəzində aksiyaçıların qurduğu barrikadalara hücum başlayır. Məhz fevralın 18-də İkinci dünya müharibəsindən sonra ilk dəfə Ukraynanın paytaxtında mümkün terror aktları baş verəcəyi ehtimalı ilə metropoliten işini dayandırır. Qarşıdurma zamanı barrikadalar hücum üçün nəzərdə tutulan hərbi texnikanı yandırır, Həmkarlar Evini bürüyən alov oradakı adamların ölümünə səbəb olur. Qarşıdurmanın kulminasiya nöqtəsi isə fevralın 20-də nümayişçilərin güllələnməsi ilə müşayiət olunur. Zorakılıq pik nöqtəsinə çatır, qarşıdurmalarda 73 nümaişçi, 11 güc strukturunun əməkdaşı həlak olur. Nəticədə prezident Viktor Yanukoviç Rusiyaya qaçır.



Modern.az
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı