Modern.az

Azərbaycan Ordusunda 1000-ə yaxın qadın hərbi xidmət keçir

Azərbaycan Ordusunda 1000-ə yaxın qadın hərbi xidmət keçir

Təhsil

19 Fevral 2015, 12:06

Azərbaycan  Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrdə zabit, gizir, miçman, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi 1000 nəfərə yaxın qadın hərbi xidmət keçir.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Azərbaycan  Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Hazırda qadınlar Silahlı Qüvvələrdə tədris, tibb, kadr, artilleriya, arxa cəbhə, beynəlxalq hərbi əməkdaşlıq və digər sahələrdə hərbi xidmət keçirlər.

Nazirlikdən bildirilib ki, döyüş əməliyyatları zonasında (cəbhə xəttində) qadın hərbçilər xidmət keçsələr də, birbaşa döyüş tapşırığının icrası ilə bağlı xidmət sahələrinə cəlb olunmurlar. 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı