Modern.az

DADP-nin keçmiş sədri YAP-a üzv olmaq istəyir

DADP-nin keçmiş sədri YAP-a üzv olmaq istəyir

Təhsil

19 Fevral 2015, 12:09

“Mənim artıq Demokratik Azərbaycan Dünyası Partiyası ilə heç bir əlaqəm yoxdur. İndi partiya iki yerə bölünüb və onlardan birinə Əlisahib Hüseynov rəhbərlik edir. Məndə olan məlumata görə, Əlisahib Hüseynov və onun komandası parlament seçkilərinə hazırlaşır”.

Bunu Modern.az saytına DADP-nin keçmiş sədri Məmməd Əlizadə deyib.

O bildirib ki, bundan sonra DADP-nin sədrliyinə qayıtmaq barədə düşünmür. Ancaq DADP-nin hər iki qanadının legitimliyini tanıyır. Bununla belə, Məmməd Əlizadə tövsiyə verib ki, DADP-nin hər iki qanadı birləşməlidir:  “Hər iki tərəf bir masa arxasına oturmalı və razılığa gəlməlidir ki, ayrı-ayrılıqda fəaliyyət göstərməsinlər. Partiyada həmsədrlik institutu da yaradıla bilər”.

Məmməd Əlizadə onu da söyləyib ki, qarşıdan gələn parlament seçkisində iştirak etmək niyyətində deyil.

DADP-nin keçmiş rəhbəri partiyadan ayrıldıqdan sonra ona gələn təkliflərdən də danışıb: “Sədrlikdən getdikdən sonra bir neçə partiyadan təkliflər aldım. Milli Dövlətçilik Partiyası və Respublikaçılar Partiyası məni fəxri sədr kimi görmək istəyirdi. Başqa partiyalardan da təkliflər gəldi”.

Məmməd Əlizadə bundan sonra hakim Yeni Azərbaycan Partiyasına (YAP) üzv ola biləcəyi anonsunu da verib. Onun sözlərinə görə, siyasi fəaliyyətlə məşğul olmaq barədə qərar versə, YAP-a üzv olacaq.

Qeyd edək ki, DADP-nin digər qanadına Fatma Əliyeva rəhbərlik edir.

Aqşin Kərimov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı