Modern.az

Bəyin halı pisləşdi, gəlin başqası ilə evləndi

Bəyin halı pisləşdi, gəlin başqası ilə evləndi

Təhsil

19 Fevral 2015, 15:31


Hindistanda bir toy mərasimi zamanı kürəkən namizədinin halı pisləşib yerə yıxılmasından sonra gəlin qonaqlar arasından bir kişini seçərək onunla evlənib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Jugal Kişore adlı kürəkən xəstəliyini Endirə adlı gəlindən və ailəsindən gizli saxlayıb. Məlumatda qeyd edilir ki, 25 yaşındakı Kişore Endirənin boyuna uzun çiçək boyunbağını taxmaq üçün irəliləyərkən qonaqların gözü qarşısında yerə yıxılıb.

Ölkənin şimalındakı Uttar Pradeş əyalətinin Rampur şəhərində keçirilən toyda bəy Kişore xəstəxanaya qaldırılarkən, hirslənən gəlin dərhal həyat yoldaşını dəyişdirməyə qərar verib.  

Toy qonaqları arasında olan bir kişiyə evlənmə təklif edən gəlin, müsbət cavab alıb. Xəstəxanadan çıxdıqdan sonra gəlinə qərarını dəyişdirməsi üçün yalvaran Kişore, evə gəlin olmadan dönsə yaxınları və yoldaşların tərəfindən lağa qoyulacağını söyləsə də, gəlin rədd cavabı verib.  

Yerli polis səlahiyyətlisi Ram Khiladi Solankı deyib ki, Kişore və ailəsi əvvəlcə böyük kədərə qapılaraq polisə şikayət edib: “Amma gəlin evləndiyinə görə, kim nə edə bilər ki? Ailələr aralarında problemi həll etdi və polisə edilən şikayətdən imtina etdilər”.  

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı