Modern.az

İlin ən yaxşı cizgi filmi Park Cinema-da

İlin ən yaxşı cizgi filmi Park Cinema-da

Təhsil

19 Fevral 2015, 15:57


  Park Cinema Metropark-da “Həyat kitabı” adlı cizgi filminin premyerası baş tutub. Mərasimdə məşhur teleaparıcı və xeyriyyəçi Hacı Nuran xüsusi qonaq qismində iştirak edib. 3D cizgi filminin nümayişində media nümayəndələri, bloqqerlərlə yanaşı, internat məktəbinin sakinləri  də iştirak ediblər.

“Həyat kitabı” Meksika mədəniyyətindən ilhamlanmış nadir stilistika ilə dolu canlı cizgi filmidir. Bu film Meksikada Ölülər Günü ərəfəsində yaşanan romantik sevgi əhvalatı haqqındadır. Gülməli, cəlbedici, həyəcanlandırıcı və vacib məqamlara toxunan, rejissor Xorxe R. Qutyerresin bu cizgi filmi finalda böyük və balaca tamaşaçıların heyranlığına səbəb oldu. Filmin prodüseri və ruhlandırıcısı - müasir fantastika və qəmgin fentezinin rejissoru, “Favnın labirinti”, “Hellboy” və “Sakit Okean hüdudu” filmlərinin yaradıcısı – Gilyermo Del Torro olması yəqin ki kinomanları cəlb edəcək.

Seansdan sonra Hacı Nuran nümayişdən sonra filmlə bağlı fikirlərini açıqlayıb: “Filmdə bəhs edilən sevgi əhvalatı tamaşaçıya çox gözəl çatdırılır. Film o qədər maraqlıdır ki, nümayiş boyunca bir saniyə də olsun gözünü ekrandan çəkə bilmirsən. Cizgi filminin gözəlliyi adamı heyran edir və bir nəfəsdə izlənilir. İnanmazdım ki, animasiya filmi böyüklər üçün də bu dərəcədə maraqlı ola bilsin”.

Hacı Nuran gündəlik həyatın sevinclərindən zövq ala bilməyən uşaqlar üçün xeyriyyəçilik aksiyalarının vacibliyindən danışıb.

Qeyd etdi ki,cizgi filmləri mənəvi tərbiyə və yardım üçün ən yaxşı üsuldur. Park Cinema kinoteatrlar şəbəkəsinin PR meneceri Sinan Ağayev isə bu il ərzində  çoxsaylı xeyriyyəçilik aksiyalarının planlaşdırıldığını bildirib. fevralın 27-dən etibarən Park Cinema şəbəkəsinin bütün kinoteatrlarında “Həyat kitabı”nın nümayişi başlanılacaq.


F.Əliyeva
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı