“İraq Şam İslam DövIəti” (İŞİD) terror təşkilatının Kobaniden çəkilməsi ölkələrinə qayıtmağa başlayan suriyalı kürdlər şəhərin inşası üçün böyük iş aparır.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, şiddətli qarşıdurmaların yaşandığı Kobanide ölən İŞİD yaraqlılarının cəsədlərini xüsusi geyimli və maskalı adamlar toplayır. Cəsədlər traktor qoşqusuna yüklənərək şəhər kənarındakı kütləvi bir məzarlığa aparılır.
Terror təşkilatı ilə təxminən 4 ay davam edən qarşıdurmaların ardından bölgədən çəkilməsi ilə şəhərdə həyat yavaş-yavaş normallaşmağa başlayıb. Şiddətli qarşıdurmaların yaşandığı Kobaniden geriyə isə sanki bir kabusa bənzəyən şəhər qalıb. Burada ziyan görməyən küçə və məhəllə yoxdur.
Dağıdılan bazar, xəstəxana, dövlət binaları və iş yerlərinin yerlə bir olduğu görünür. Xarabalığa çevrilən məhəllələrə, dağılan infrastruktura şəhərin hər yerində rast gəlinir. Münaqişənin izlərini daşıyan küçələrdə partlamamış hərbi sursata rast gəlmək mümkündür.


