Modern.az

Bu ölkə həyat yoldaşlarına xəyanət etməkdə dünya birincisidir

Bu ölkə həyat yoldaşlarına xəyanət etməkdə dünya  birincisidir

Təhsil

19 Fevral 2015, 21:35


Danimarkanın Statistika Bürosunda aparılan aşadırmalar nəticəsində məlum olub ki,  taylandlılar yoldaşlarını aldatmaq üzrə dünya birincisidir.

Modern.az saytı xarici KİV-ə istinadən araşdırmanın  nəticələrinə görə, 56 fazilə birinci sıranı Tayland, ikinci sıranı 45- 46  fazilə  Danimarka, üçüncü sıranı isə  45 fazilə Almaniya tutur.

Araşdırma hər iki danimarkalıdan birinin evləndikdən sonra yoldaşını aldatdığını, almanların da danimarkalılardan geri qalmadığını göstərib. Araşdırmanı həyata keçirən  Statistika Bürosu qaynaq olaraq  sosial medianı, tədqiqat institutlarını, seks düşkünlərini və onların dostlarını göstərib.

Dörd il əvvəl də Vilk adlı quruluş danimarkalıların yoldaşlarını aldadan üçüncü ölkə olduğunu açıqlayıb. “YouGov” araşdırma şirkəti tərəfindən edilən araşdırma 2013-ci ildə danimarkalıların Avropada yoldaşlarını aldatmaqda birinci sırada olduğu ortaya çıxarıb.  

Ulduz İbrahimova  

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı