
Təhsil naziri Mikayıl Cabbarovun əmri ilə Nərimanov rayonunda yerləşən Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasınnın ləğv olunduğu, onun basaında yeni İstedadlar Liseyinin yaradıldığı barədə xəbər yayılıb.
Modern.az saytı xəbər verir ki, övladları həmin liseydə təhsil alan jurnalist İradə Cəlil bildirib ki, bu qərar valideynlərin narazılığı ilə qarşılanıb. Fevralın 20-da səhər valideynlər məktəbin qarşısına toplaşaraq nazaılıqlarını dilə gətiriblər.
Təhsil Nazirliyinin QHT və KİV-lərlə iş sektorunun müdiri Cəsarət Valehov isə Modern.az-a açıqlamasında bildirib ki, hazırda nazirliyin nümayəndələri sözügedən gimnaziyadadır: “Müəllimlərə və valideynlərə geniş izahat verilir. Yalnız onu deyə bilərəm ki, nə valideynlərə, nə şagirdlərə, nə də müəllimlərə narahatlıq yaradacaq hal baş verib”.
Sektor müdiri müəllimlərin ixtisara düşə biləcəyi ilə bağlı narahatlığa da aydınlıq gətirib: “Məktəbin ləğv olunmasından söhbət getmirsə, müəllimlərin də ixtisarından söhbət gedə bilməz”.
Gülşən RAUFQIZI