Modern.az

“Şagirdlərimiz atəş səslərindən qorxmur” – FOTO

“Şagirdlərimiz atəş səslərindən qorxmur” – FOTO

Təhsil

20 Fevral 2015, 12:39


Təhsil Nazirliyi və Müdafiə Nazirliyinin birgə təşkilatçılığı ilə Xocalı Soyqırımının ildönümü ilə əlaqədar olaraq keçirilən tədbirlər davam edir.

Modern.az xəbər verir ki, Qaradağlı kənd məktəbinin müəllim və şagird heyəti ilə görüş keçirilib. Tədbirdə şagirdlərə tədris olunan fənlər, xüsusilə də daxili qoşunların baş leytenantı Həmidov Allahverdinin təşkilatçılığı ilə şagirdlərin hərbi hazırlıq səviyyəsi nümayiş etdirilib.  Məktəb direktoru Gülnurə Muradovanın  verdiyi məlumata görə, burada artıq şagirdlərin atəş səslərindən qorxusu yoxdur.

Daha sonra nazirliyin əməkdaşları  və mətbuat nümayəndələri cəbhə xəttindən 600 metr məsafədə yerləşən Tərtərin Qapanlı kənd orta məktəbində olublar.

Sonra  N saylı hərbi hissəyə baxış keçirilib. Komandanlıq və Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehovun çıxışından sonra, kəşfiyyatçıların hərbi nümayişi keçirilib.


Şahin QOCAYEV   
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı