Modern.az

“Bakıda havanın kəskin dəyişməsi su qıtlığına səbəb olmayacaq “ - “Azərsu”dan AÇIQLAMA

“Bakıda havanın kəskin dəyişməsi su qıtlığına səbəb olmayacaq “ - “Azərsu”dan AÇIQLAMA

Təhsil

20 Fevral 2015, 12:41

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentin məlumatına əsasən, fevralın 20-də axşam saatlarından hava şəraitinin kəskin dəyişəcəyi, sulu qar, qar yağacağı, Bakıda, eləcə də bəzi bölgələrdə havanın şaxtalı olacağı və yolların buz bağlayacağı ilə bağlı xəbərdarlıq edib.

Modern.az saytı şaxtalı hava şəraitində əhalinin suya olan tələbatında fasilələrin olub- olmayacağı ilə maraqlanıb.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib ki, şaxta gözlənilmir: “Amma bununla belə, suyun verilməsində heç bir problem olmayacaq. Havaların sərt keçməsi əhalinin suya olan tələbatında heç bir problem yaratmayacaq. Əhali əvvəlki qaydada necə sudan istifadə edibsə, şaxtalı havada da eləcə davam edəcək. Rayon mərkəzlərinə də suyun verilməsində ciddi problem gözləmirik”.

Yeganə OQTAYQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı