Modern.az

“Eldar Namazovla birgə koalisiyadan söhbət gedə bilməz” - Qubad İbadoğlu

“Eldar Namazovla birgə koalisiyadan söhbət gedə bilməz” - Qubad İbadoğlu

Təhsil

20 Fevral 2015, 14:47


“Parlament seçkilərində Eldar Namazovla birgə iştirakla bağlı qərar verməmişik. Belə olan təqdirdə, hansı koalisiyadan söhbət gedə bilər?!”. Bunu Modern.az-a Müsavat Partiyası başqanlığına keçmiş namizəd, “Azərbaycan Demokratiya və Rifah” hərəkatı yaradılmasının təşəbbüskarı Qubad İbadoğlu deyib.

Onun sözlərinə görə, Eldar Namazovla birgə seçkidə iştirak edəcəkləri ilə bağlı səslənən fikirlərin əsası yoxdur: “Təbii ki, bu fikirlər yanlışdır və həqiqətə uyğun deyil. Bu məsələ ilə bağlı müzakirə də olmayıb. Hərəkatın təsis konfransını sabah keçiririk. Bizim hərəkat “İctimai birliklər haqqında” qanunun tələblərinə uyğun fəaliyyət göstərəcək. Həmin qanuna görə bizim seçkilərdə iştirakımız qadağandır”.

Mətbuatda “El” hərəkatının sədri Eldar Namazovla başqanlığa keçmiş namizəd Qubad İbadoğlunun parlament seçkiləri ilə bağlı birgə koalisiya yaradacaqları haqqında məlumat yayılıb.

Namidə BİNGÖL

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı