Modern.az

Bakıda köməksiz qızı zorlayan iki kişi axtarılır - PROKURORLUQ

Bakıda köməksiz qızı zorlayan iki kişi axtarılır - PROKURORLUQ

Təhsil

20 Fevral 2015, 15:55

Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu paytaxtda törədilmiş zorlama hadisəsi haqda birgə məlumat yayıb.

Bildirilib ki, fevralın  15-də saat 04 radələrində Bakı Metropolitenin “20 Yanvar” stansiyası yaxınlığında “VAZ 2107” markalı 10-DR-825 dövlət qeydiyyat nişanlı avtomobildə olan hələlik şəxsiyyətləri istintaqa məlum olmayan iki şəxsin Sənubərə (ad şərtidir) qarşı onun köməksiz vəziyyətindən istifadə edərək zor tətbiq etməklə avtomobilə əyləşdirib bıçaqla hədələməklə pulunu alması, daha sonra onunla zorla cinsi əlaqədə olmaları faktına görə Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 149.1-ci (zorlama) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilmiş və digər təxirəsalınmaz istintaq hərəkətləri yerinə yetirilib.

Hazırda iş üzrə qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən şəxslərin müəyyən edilərək tutulması istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı