Modern.az

Fövqəladə Hallar Nazirliyi BDU-da tədbir keçirib - FOTO

Fövqəladə Hallar Nazirliyi BDU-da tədbir keçirib - FOTO

Təhsil

20 Fevral 2015, 15:25

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Bakı Dövlət Universitetində “Mülki müdafiənin təşkili, mülki  müdafiə sahəsində əhalinin hazırlanması”mövzusunda maarifləndirmə tədbiri keçirib. BDU-dan  Modern.az-a verilən məlumata görə,  tədbiri universitetin Həyat  fəaliyyətinin  təhlükəsizliyi  kafedrasının müdiri, professor  İsmayıl  Əliyev açaraq onun əhəmiyyətindən danışıb.

Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə Qoşunları Mülki Müdafiə İdarəsinin  rəisi, polkovnik Qüdrət Ağayev mülki müdafiə fənninin ölkənin 52 universitetində tədris olunduğuna diqqət çəkərək, onun BDU-da yüksək səviyyədə  keçirildiyini bildirib.

Q.Ağayev belə tədbirlərin müntəzəm keçirilməsinin nəzərdə tutulduğunu qeyd edib.  Fövqəladə Hallar Nazirliyi Mülki-Müdafiə Kurslarının rəisi, polkovnik Asif Qəribov isə Mülki müdafiə qoşunları qarşısında qoyulan vəzifələrdən danışıb, fənnin tədrisinin vacibliyini vurğulayıb.

Tədbirdə mövzu ilə bağlı video-materiallar nümayiş etdirilib.


Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı