Modern.az

“Deputat seçilsəm, mətbuata cavabdeh dövlət naziri olacağam”

“Deputat seçilsəm, mətbuata cavabdeh dövlət naziri olacağam”

Təhsil

20 Fevral 2015, 16:50


Türkiyə Jurnalistlər Federasiyasının rəhbəri Atilla Sertel bu il Türkiyədə keçiriləcək parlament seçkilərində iştirak etmək üçün namizədliyini irəli sürüb.

Onun namizədliyi İzmirdə Cümhuriyyət Xalq Partiyası (CHP) tərəfindən irəli sürülüb. Atilla Sertel həm də azərbaycanlı jurnalistlərin dostu kimi tanınır. Türkiyədə deputatlığa namizəd olan Atilla Sertel Modern.az-a açıqlamasında bildirib ki, əgər deputat seçilərsə Azərbaycanla əlaqələrini daha da möhkəmləndirəcək:  

“Ümid edirəm ki, Türkiyədə keçiriləcək parlament seçkilərində Cümhuriyyət Xalq Partiyası iqtidar olacaq. Mən də iqtidar nümayəndəsi olaraq mətbuatdakı işimi daha da genişləndirəcəm.

Mətbuata cavabdeh olan dövlət naziri olacağam. Eyni zamanda, yaxın dost olduğum azərbaycanlı qardaşlarımızla mətbuat sahəsində görülən işləri qarşılıqlı formada analiz edəcəyik. Çünki mən də jurnalistəm, qələm adamıyam.  

Mətbuatla birbaşa əlaqəm var. Ona görə də peşə baxımından Azərbaycanla daima münasibətdə olacağam və bu sahə üzrə əlaqələrimi qurub istənilən zaman köməkliyimi əsirgəməyəcəm”.  

Atilla Sertel dəfələrlə azərbaycanlı jurnalistlərin Türkiyəyə səfərini təşkil edib.

Namidə BİNGÖL

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı