“Bu gün ATƏT Minsk qrupunun həmsədrləri ATƏT-in rəsmi saytında fevral ayının 16-19-da Azərbaycan və Ermənistana səfərləri ilə bağlı press-reliz yayıblar.
Diqqəti cəl edən məslə bəyanatın mətnində həmsədr ölkələrin nümyəndələrinin Azərbaycanla bağlı kobud səhvə yol vermələridir”. Modern.az saytının məlumatına görə bunu hakim Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə fecobook səhifəsində yazıb.
O ATƏT-in Minsk qrupunun bəyanatının mətnində “Dağlıq Qarabağın faktiki rəhbərləri ilə görüş keçirdikləri” barədə ifadəyə münasibət bildirib.
“Həmsədr ölkələr olan ABŞ, Fransa və Rusiya Azərbaycanın əarzi bütövlüyünü tanıyırlar və onların vasitəçilyi Azərbaycanın işğal edilmiş ərazilərindən Ermənistan qoşunlarının çıxarılmasından ibarətdir.Bəyanatdakı fikir isə üç ölkənin rəsmi movqeyinə düz gəlmir.
Dağlıq Qarabağ adlanan tarixi Azərbaycan coğrafi ərazisi Ermənistan tərəfindən işğal edilmiş ərazinin cəmi ücdə birini təşkil eilir. Azərbaycanın nəzarətindən kənarda olan ərazidə hakimiyyət yox, Ermənistan işğalçı qüvvələrinin nümayəndələri var.
ATƏT Minsk qrupu həmsədrlərinin işğalçı komandanlıq nümayəndələrinə legitimlik vermək cəhdi yolverilməzidr və bu dilomatik səhv aradan qaldırılmalıdır. Ötən il noyabrın 12-də də Ermənistan hərbi helikopteri Azərbaycan ərazinidə vurulandan sonra da diplamik səhvə yoolm verilmiş, sonradan səhv düzəldilmişdi”.
Modern.az