Modern.az

“Azərbaycanda qaz təminatı ilə bağlı heç bir problem olmayacaq” – RƏSMİ

“Azərbaycanda qaz təminatı ilə bağlı heç bir problem olmayacaq” – RƏSMİ

Təhsil

20 Fevral 2015, 17:14


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti fevralın 23-nə qədər hava şəraitinin kəskin dəyişəcəyi, sulu qar, qar yağacağı, Bakıda, eləcə də bəzi bölgələrdə havanın şaxtalı olacağı və yolların buz bağlayacağı ilə bağlı xəbərdarlıq edib.

Modern.az saytı şaxtalı hava şəraitində əhalinin qaza olan tələbatında fasilələrin olub-olmayacağı ilə maraqlanıb.

“Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin əməkdaşı İbrahim Kərbalayev  bildirib ki, havaların sərtləşməsi ilə bağlı təbii qazın verilməsində fasilələr olmayacaq: “Vaxtında görülən işlərin nəticəsidir ki, havaların soyuq və şaxtalı keçməsinə baxmayaraq “Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçıların təbii qaza olan tələbatını fasiləsiz və təhlükəsiz təmin edir.

“Azəriqaz” qış başlayandan gücləndirilmiş iş rejimi ilə işləyir. Birliyin qaz təsərrüfatı istismarı şöbəsi, eləcə də bütün yerli qaz istismar sahələrində məsul şəxslərdən ibarət növbətçi iş yaradılıb. 180-504 nömrəli xidmətimizin işçi qüvvəsi artırılıb.

“Azəriqaz” İstehsalat Birliyi havaların şaxtalı keçən vaxtı təbii qazdan istifadə edən zaman xüsusilə diqqətli olmalarını və təhlükəsizlik qaydalarına riayət etmələrini tövsiyə edir”.

Yeganə OQTAYQIZI

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı