Modern.az

Almaniyadakı Azərbaycan və Türk diasporu Xocalı üçün bir araya gəldi - FOTOLAR

Almaniyadakı Azərbaycan və Türk diasporu Xocalı üçün bir araya gəldi - FOTOLAR

Təhsil

20 Fevral 2015, 17:25

Almaniyadakı Azərbaycan və Türk diaspor təşkilatları Bielefeld Universitetində Xocalı soyqırımı ilə əlaqədar məlumatlandırma kampaniyasına başlayıb.

Bu barədə Modern.az-a Diasporla iş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, Alman Azərbaycan Mədəniyyət Cəmiyyəti, Atatürk Düşüncə Dərnəyi, Türkiyə Gənclik Birliyi və Türk Akademisyenlər Birliyi bu məqsədlə təhsil müəssisəsinin foyesində Xocalı soyqırımının 23-cü ildönümünə həsr olunmuş stend qurub. Azərbaycan, Türkiyə və Almaniya bayraqlarının asıldığı stenddə soyqırımından, eləcə də Ermənistanın Azərbaycana təcavüzü, Dağlıq Qarabağ münaqişəsi, erməni vəhşiliklərindən bəhs edən kitablar, jurnallar və digər nəşrlər nümayiş etdirilir.

Təşkilatçılar gün ərzində universitetin tələbə və müəllimlərinə Xocalı soyqırımı haqqında məlumat verərək, onlara Azərbaycan həqiqətlərini əks etdirən kitab, jurnal, broşürlar paylayır.

Qeyd edək ki, fevralın 18-dən başlayan aksiya ayın 21-dək davam edəcək. Məlumatlandırma aksiyası yerli telekanalda geniş işıqlandırılıb.


Gülşən RAUFQIZI  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı