Moskva sakini Qalina Şubenina 62 yaşında ana olub.
Modern.az Rusiya mətbuatına isitnadən xəbər verir ki, qız anası olan təqaüdçü xanım uzun illər bədənini bu doğuşa hazırladığını deyib.
“Oğlumu 29 yaşında itirdikdən sonra mən 10 il ərzində bədənimi bu doğuşa hazırlamışam”. Qalina Şubenina 96 yaşında vəfat etmiş nənəsinin şərəfinə qızına Kleopatra adını qoyub.Rusiyalı həkimlər 40-50 yaşlarında ana olan qadınların sayının kəskin artdığını deyib.
Modern.az