Modern.az

Razi Nurullayevin yerinə kim gələcək? – AÇIQLAMA

Razi Nurullayevin yerinə kim gələcək? – AÇIQLAMA

Təhsil

21 Fevral 2015, 10:52


Ötən gün AXCP rəhbəri Əli Kərimlinin sərəncamı ilə Razi Nurullayev beynəlxalq məsələlər üzrə sədr müavinliyi vəzifəsindən azad edilib.

Bəs Razi Nurullayevin yerinə kim müavin təyin ediləcək? Bu barədə AXCP sədrinin müavini Fuad Qəhrəmanlı Modern.az saytına açıqlama verib. O bildirib ki, yeni müavin təyinatı AXCP sədri Əli Kərimlinin səlahiyyətinə aiddir.

Onun sözlərinə görə hələlik beynəlxalq məsələlər üzrə müavinlik postuna namizədlər də yoxdur.

“Ümumiyyətlə, bu məsələ partiyada müzakirə edilməyib. Bunlar sədrin səlahiyyətlərinə aiddir”,-deyə Fuad Qəhrəmanlı bildirib.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı