Modern.az

Deputatın xahişi ilə Adanada Xocalı Soyqırımı abidəsi ucaldılacaq - FOTO

Deputatın xahişi ilə Adanada Xocalı Soyqırımı abidəsi ucaldılacaq - FOTO

Təhsil

21 Fevral 2015, 11:35

Adanada yaxın zamanlarda Xocalı Soyqırımı qorbanlarının xatirəsinə abidə ucaldılacaq.

Millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva Adana Böyük Şəhər bələdiyyəsinin sədri Hüseyn Sözlü ilə görüşüb. Modern.az xəbər verir ki, görüşdə Azərbaycan  ilə  Türkiyənin bəzi  şəhərlərinin və bələdiyyələrinin qardaş şəhərlər  və bələdiyyələr  olduğunu bildirərək,  Adana  bələdiyyəsinin Azərbaycan bölgələrindən  biri  ilə qardaş olaraq görmək istədiklərini bildirib. Hüseyn Sözlünün  hələ Ceyhan bələdiyyəsinə rəhbərlik etdiyi zamanlardan bəri hər zaman Azərbaycana  böyük sevgi və Qarabağ probleminə, Xocalı Soyqırımı mövzusuna xüsusi duyarlılıqla yanaşdığını xüsusi vurğulayan millət vəkili Qənirə Paşayeva Adana Büyükşehir bələdiyyə başqanı ilə Dağlıq Qarabağ problemi ilə bağlı  da fikir mübadiləsi aparıb və yaxın zamanlarda Adananın  mərkəzi  parklarından  birinə  Qarabağ adının veriləcəyinə, Xocalı Soyqırımı abidəsinin qoyulacağına və Adana Böyük Şəhər Bələdiyyəsinin Xocalı Soyqırımını tanıyacağına inandığını deyib və bu istiqamətdə xahişini bir daha təkrarlayaraq Adana  bələdiyyəsi tərəfindən bu cür addımın atılmasının böyük əhəmiyyətindən, vacibliyindən danışıb.

Azərbaycanı Türkiyə qədər  sevdiyini deyən Adana Büyükşehir bələdiyyəsinin sədri Hüseyn Sözlü Türkiyənin  və Azərbaycanın bir millət iki dövlət olduğunu vurğulayaraq Adana bələdiyyəsinə rəhbərliyi dövründə Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət edəcəyini deyərək qardaş bələdiyyələr məsələsi ilə də bağlı addımlar atılacağını deyib. O eyni zamanda Adanadan birbaşa Bakıya təyyara reysinin açılması istiqamətində çalışacaqlarını da deyib və bunun böyük əhəmiyyətini xüsusi vurğulayıb. Qarabağ problemi,  Xocalı ağrısı hər zaman  bizim də problemimiz və ağrımızdır deyən  Adana Büyükşehir bələdiyyəsinin sədri Hüseyn Sözlü hər zaman qardaş Azərbaycanın yanındayıq deyib. Görüşdə iştirak edən və Adanada yaşayan Azərbaycanın dəyərli sənətçilərindən Cahangir Novruzov artıq abidənin layihəsinin hazır olduğunu da söyləyib və Xocalı soyqırımı abidəsinin layihəsinə baxılıb. Millət vəkili belə bir abidənin Xocalı soyqırımını özündə əks etdirə biləcəyini deyib. Adana Böyük Şəhər bələdiyyə başçısı abidənin qoyulması ilə bağlı işlərin görüldüyünü deyib və yaxın zamanlarda abidənin qoyulacağını deyib.

Millət vəkili Qənirə Paşayeva qondarma erməni soyqırımı yalanlarının qarşısının alınması, Qarabağ həqiqətlərinin, Xocalı Soyqırımı gerçəklərinin dünyaya daha geniş şəkildə tanıdılmasında gənclıərimizin üzərinə böyük bir missiya düşdüyünü deyərək gəncləri təmsil edən təşkilatların dəvəti ilə Adanaya gəldiyini və bu mövzuları özündə əks etdirən konfransda məruzə ilə çıxış edəcəyini və gənclərin suallarını cavablandıracağını deyərək gənclərimiz bu məsələlərdə daha aktiv olmalıdırlar deyib. Bu cür konfransların önəminə toxunan Adana Böyük Şəhər bələdiyyə başqanı Hüseyn Sözlü də bildirib ki, gənclərimizin erməni yalanların qarşısının alınması və Qarabağ həqiqətlərinin daha çox yayılması istiqamətində rolunu artırmaq üçün bu cür müzakirələr çox önəmlidir.   

Millət vəkili Qənirə Paşayeva  yaxın günlərdə oxucuların ixtiyarına veriləcək “Qənirə Paşayeva ilə addım-addım  Türk dünyası” seriyasından  növbəti kitabında Adana ilə bağlı  geniş yazının da öz əksini tapacağını və Azərbaycanlı oxuculara Adana ilə bağlı daha geniş bilgilər veriləcəyini deyib. Millət vəkili Adana Büyükşehir bələdiyyəsinin sədri Hüseyn Sözlünü və xanımını   Azərbaycanda yenidən görməkdən məmnun olacaqlarını bildirərək onu  dəvət edib. Dəvəti məmnuniyyətlə  qəbul edən Adana Büyükşehir bələdiyyəsinin sədri Hüseyn Sözlü Azərbaycana məmuniyyətlə səfər etmək istədiyini və hər səfərində özünü Vətəndəki kimi hiss etdiyini deyib. Görüşün sonunda millət vəkili Qənirə Paşayeva Adana Böyük şəhər bələdiyyə başqanına həmmüəllifi olduğu “Hocalı soykırımı tanıkların dilindən” kitabını, rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB tərəfindən hazırlanan “Azərbaycan həqiqətləri” filmləri kataloqunu, Azərbaycan tarixi, mədəniyyəti, Qarabağ həqiqətlərini özündə əks etdirən kitablar hədiyyə edib. O da millət vəkilinə Adananın tarixi, mədəniyyəti ilə bağlı kitablar, materialları hədiyyə edib.


Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı