Modern.az

“Mehman Cavadoğlunun yeni hərəkata qoşulacağı gözlənilirdi” - Müsavatın Məclis sədri

“Mehman Cavadoğlunun yeni hərəkata qoşulacağı gözlənilirdi” - Müsavatın Məclis sədri

Təhsil

21 Fevral 2015, 12:28

“Bu gün “Azərbaycan Demokratiya və Rifah Hərəkatı”nda (ADR) birləşən insanların əksəriyyəti Qubad İbadoğlunu dəstəkləyən, daha doğrusu, Müsavatdan kənar insanlardı. Bu, belə də olmalı idi”. Bunu Müsavat başqanının sabiq müavini Mehman Cavadoğlunun ADR-in sıralarına qoşulmasına münasibət bildirərkən Müsavat Partiyası Məclisinin sədri Nüşabə Sadıxlı deyib.

O, Modern.az saytına bildirib ki, bu seçim gözlənilən idi: “Mehman bəy uzun müddətdir şəxsi problemlərinə görə partiyaya gəlmirdi. Başqan seçkilərində də Qubad İbadoğlunu dəstəkləyən insanlardan biri idi. Bu cür seçim etmək onun haqqıdır.

Partiyadan  istefa verib gedən insanların böyük əksəriyyəti uzun müddətdir şəxsi problemləri ilə əlaqədar Müsavatla əlaqəni çoxdan üzüblər. Belələrinin yalnız adları Müsavatda qalıb. Tək Mehman müəllim deyil, demək olar ki, istefa verib gedən insanların 80-90 faizi belədir. Belələri Müsavatın fəaliyyətində fəal iştirak etməyən, amma təmtəraqlı istefa verib, “Müsavat dağıldı” görüntüsünü yaratmaq istəyən insanlardı. Özlərini müsavatçı hesab edib sonradan nəyinsə naminə partiyadan getməklərinə təəccüb və təəssüflənirəm”.

Yeganə OQTAYQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı