“Məni necə tanıyırsınızsa, necə görmüşsünüzsə elə də qalıram. Dünən Əli Kərimli məni evinə dəvət etdi. Müavinlikdən çıxardığını söylədi. Təklif etdi ki, partiyadan istefa verim. Fakt gətirmədən ümumi sözlər danışdı. O ümumi sözləri, hər kəs hər gün deyir. Partiyada haqqında “satqın” damğası vurulan az adamlardan biri mən idim. Digərləri haqqında axtarış edin və görün ki, onlar haqqında nələr yazılmayıb”.
Modern.az saytı xəbər verir ki, bunu Əli Kərimlinin sərncamı ilə AXCP sədrliyi müavinliyindən çıxarılan Razi Nurullayev bildirib.
AXCP-nin keçmiş funksioneri qeyd edib ki, Gözəl Bayramlı, Həsən Kərimov, Natiq ədilov və Fuad Qəhrəmanlı kimi qaragüruhla əhatə olunan AXCP sədri Əli Kərimli kənardan gələn sağlam düşüncəyə və müstəqil fikrə düşməndir. “Qaragüruhun ən öndə olan hissəsi budur. Onlardan kiçikləri isə onlardan ilham alanladır. Sədr də ancaq onları o yan bu yana çəkib nəsə piçi-pıçı qururdu. Başa düşmürdü ki, Rəyasət Heyəti dediyi və onlarla adamı topladığı qurumda digərlərinin hissiyatını və qürurunu təhqir edir.
Rəyasət Heyəti və ondan aşağı qurumlarda özünə “İşverən”lər, “Yastı Salman”lar və “Yalıncıq”lar komandası düzəldib özünə sədr.
Bunların əlindən heç kim göz aça bilmir. İndi AXCP-dən mən də getdim. Fərqli baxış və fərqli imic mən idim. İndi qaldı Əli Kərimli və onu əhatə edən qaragüruh zehniyyəti! Amma, mübarizəmiz davam edir. Partiyanı bu qaragüruh zehniyyətindən qurtarmaq üçün daha səylə işləyəcəyik”,-deyə Razi Nurullayev ittiham edib.
Modern.az