Suriyanın Hələb şəhərinin bir neçə məhəlləsinə fevralın 21-də raket atılması nəticəsində 2 erməni ölüb, 5-i yaralanıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, ölənlər Sako Karapetyan və Arut Aqsanyan, yaralananlar Jak Aslanyan, Ovsep Çaloqayan, Avo Zarminyan, Levon Barseqyan və Nazo Aqsanyandır. Suriyada qanlı hadisələr başlayanda bu ölkədə 60-70 minə yaxın erməninin yaşadığı bildirilir. Onların yarıdan çoxu Hələbdə yaşayırdı.
Modern.az