Modern.az

Bakının işığı kəsilib

Bakının işığı kəsilib

Təhsil

22 Fevral 2015, 13:02

 

 

 

Dünəndən başlayan küləkli hava paytaxt Bakıda ciddi fəsadlara yol açıb. Baş şəhərin çox hissəsi dünən axşam saatlarından başlayaraq işıqsız qalıb. Kəskin hava şəraiti Bakının bir çox yerlərini işıqsız qoyub.

ANS PRESS-in qaynar xəttinə daxil olan şikayətlər də bunu göstərir. 

Belə ki, Bakının Sabunçu, Mehdiabad, Məhəmmədi, Balaxanı, Günəşli, Saray, Digah qəsəbələrində, Xətai rayonu ərazisində yaşayan sakinlər dünən gecədən elektrik enerjisinin kəsildiyini bildirirlər. Sakinlər həmçinin qaz və su təchizatında da ciddi problemlərin olduğunu deyirlər.

Sabunçu rayonunun Zabrat qəsəbəsinin sakinlərinin sözlərinə görə, dünən gün ərzində elektrik enerjisinin verilməsində fasilələr yaranmışdı. Lakin bu gün səhər 4-dən etibarən elektrik enerjisinin verilməsi dayandırılıb və hələ də bərpa edilməyib.

"Bir gün qarın yağması ilə bütün həyat iflic oldu, işıqlar sönüb. Yollar bərbad vəziyyətdədir. Evdə körpə uşaq, yaşlı anam var. Şikayət etməyə yer yoxdur. Heç bir qurum, qaynar xətt cavab vermir.

Maraqlanmırlar", - deyə şikayətçilərdən biri bildirib.

 

 

Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı