Modern.az

Bakıda ata və iki oğlu yanaraq ölüblər

Bakıda ata və iki oğlu yanaraq ölüblər

Təhsil

22 Fevral 2015, 14:43


Fevralın 22-də Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşlara məxsus taxta konstruksiyalardan ibarət ümumi sahəsi 170 kv.m olan 6 evin yanar konstruksiyaları yanıb. Modern.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yanğın zamanı 1979-cu il təvəllüdlü Cəlilov Şaiq Gülşad oğlu, 2008-ci il təvəllüdlü Cəlilov Amil Şaiq oğlu və 2010-cu il təvəllüdlü Cəlilov Kamil Şaiq oğlunun yanmış cəsədləri aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Modern.az 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı