Modern.az

Cəmil Həsənlinin qızına cəza verildi

Cəmil Həsənlinin qızına cəza verildi

Təhsil

22 Fevral 2015, 17:25


Yasamal rayon Məhkəməsi Milli Şuranın sədri, professor Cəmil Həsənlinin qızı Günel xanım haqqında ağır cəza təyin edib. Modern.az saytının xəbərinə görə, bu barədə Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Oqtay Gülalıyev məlumat verib.

O.Gülalıyevin sözlərinə görə, məhkəmə keçənilki avto qəza olayı ilə bağlı Günel Həsənlini 1 il 6 ay müddətinə məntəqə tipli cəza çəkmə müəssisəsində cəza çəkməyə məhkum edib.

”Günel xanımın himayəsində 2 azyaşlı övladı var, məhkəmədə şikayətçi şikayətinin olmadığını bildirib. Bu cəza absurd və ədalətsiz olmaqla yanaşı, hakimiyyətin öz rəqiblərinə qarşı sərgilədiyi "qurşaqdan aşağı vurma" və qisasçı münasibətinin bir daha bariz numunəsidir.
Bu qərar həm də son günlər hakimiyyətin bir qrup siyasi partiya rəhbərləri ilə apardığı "görüş- dialoq" oyunun imitasiyadan başqa bir şey olmadığını göstərir.
Məhkəmənin ədalətsiz qərarı ilə bağlı Milli Şuranın müvafiq bəyanatı olacaq”-deyə O.Gülalıyev bildirib.

Modern.az
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı