Modern.az

Salyanda dəhşətli yol qəzası - 5 nəfər ölüb

Salyanda dəhşətli yol qəzası - 5 nəfər ölüb

Təhsil

22 Fevral 2015, 20:20

Ələt-Astara yolunda dəhşətli yol qəzası baş verib.
Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, fevralın 22-si saat 18.30 radələrində Ələt-Astara yolunun 83-cü kilometrliyində - Salyan rayonunun Şorsulu kəndi ərazisində “VAZ 2106” markalı avtomobillə TİR yük avtomobili toqquşub. 

Hadisə nəticəsində “VAZ 2106”-da olan 5 nəfər - sürücü və sərnişinlər yerində ölüb. Ölənlərin adı və digər təfərrüatlar dəqiqləşdirilir. Hadisə yerində BDYPİ-nin müstəntiqləri araşdırma aparır.

 
Modern.az
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı