Bun gün Alman Azərbaycan Mədəniyyət Evi Köln şəhərinin mərkəzi Dom Meydanında Xocalı soyqırımı ilə bağlı tədbir keçirib.
Mitinq formasında təşkil edilən tedbirdə mərkəzi meydana sərgi çadırı və çıxışlar üçün tribuna qurulub.
Çadır sərgidə iri informativ plakatlar qoyulub, fleyer və bukletlər paylanib.
Tribunada səsgücləndiricilər vasitəsilə alman, ingilis, fransız və türk dillərində Xocalı soyqırımı haqda məlumatlar verilib.
Tədbirə bir çox yerli türk təşkilatları, o cümlədən Atatürkçü Düşüncə Dərnəyinin gənclik qolları da dəstək veriblər.




Modern.az