Modern.az

Suriya və İran Türkiyəyə qarşı çıxdı

Suriya və İran Türkiyəyə qarşı çıxdı

Təhsil

23 Fevral 2015, 11:14


Türkiyənin Suriya ərazisindəki Süleyman Şah türbəsinin köçürülməsi əməliyyatını başlatması birmənalı qarşılanmayıb.

Modern.az saytı Türkiyə KİV-nə istinadən xəbər verir ki, Suriya hökuməti Türkiyənin bu addımını başqa ölkənin ərazisinə müdaxilə kimi qiymətləndirib.

  Suriya Xarici İşlər Nazirliyi  (XİN) bəyan edib ki, Türkiyə XİN-i Süleyman Şah türbəsinin köçürülməsi ilə bağlı əməliyyat başlamamışdan qabaq Suriyanın İstanbuldakı konsulluğuna rəsmi bildiriş göndərib.

“Lakin Türkiyə hakimiyyəti Suriyanın məsələyə münasibətini gözləmədi”,-deyə Suriya tərəfi bildirib.   İranın xarici işlər nazirinin müavini Hüseyn Amir Abdullahiyan da qeyd edib ki, Türkiyənin Suriyaya ərazilərinə müdaxiləsinə haqq qazandırmaq olmaz.  

Modern.az

 
Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!