Modern.az

Ermənistan parlamentində Sərkisyanın impiçment məsələsi qaldırıldı

Ermənistan parlamentində Sərkisyanın impiçment məsələsi qaldırıldı

Təhsil

23 Fevral 2015, 13:34


Ermənistan parlamenti bu gün ölkə prezidenti Serj Sərksiyanın impiçmenti (istefaya göndərilməsi) barədə qanun layihəsini qəbul etməyib. Modern.az saytı Ermənistan mətbuatına isitnadən xəbər verir ki, qanun layihəsinin lehinə 4, əleyhinə isə 68 deputat səs verib. Qanun layihəsi Erməni Milli Konqresinin formal üzvü, hazırda isə müstəqil fəaliyyət gösətrən müxalifətçi deputat Nikol Paşinyan tərəfindən təklif olunub.

Erməni Milli Konqresinin fraksiya rəhbəri Levon Zurabyan qanun layihəsini tənqid edərək onu “yarımçıq” adlandırıb. Digər müxalifətçi deputat Aleksandr Arzumanyan isə əksinə, Paşinyanın təşəbbüsünü dəstəkləyib. O, Levon Zurabyanı mövqeyinə görə tənqid edib: “Siz gah Sərkisyanın dərhal istefa verməsini önə çəkirsiniz, gah da bunun zamanı olmadığı deyirsiniz. Yaxşı, əgər indi vaxtı deyilsə, onda gələn seçkilərə qədər gözləyin”.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı