Modern.az

«Azərbaycana qarşı Sumqayıt təxribatı. Qriqoryanın işi» kitabı hazırlanıb

«Azərbaycana qarşı Sumqayıt təxribatı. Qriqoryanın işi» kitabı hazırlanıb

Təhsil

23 Fevral 2015, 14:56

Fevralın 25-də saat 11-də Prezident yanında Dövlət İdarəçilik Akademiyasında «Azərbaycana qarşı Sumqayıt təxribatı. Qriqoryanın işi» kitabının təqdimat mərasimi keçiriləcək.

«Azərbaycan Televiziya və Radio Verilişləri» QSC-nin və Dövlət İdarəçiliyi Akademiyasının birgə təşkilatçılığı ilə keçiriləcək tədbirdə Prezident Administrasiyasının rəsmiləri, Milli Məclisin deputatları, siyasi partiya, QHT və media nümayəndələrinin iştirakı gözlənilir.

Azərbaycan Teleradio Verilişləri QSC-nin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, kitab Azərbaycan, rus və ingilis dillərində təqdim olunacaq.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...