Modern.az

Elmira Axundova seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

Elmira Axundova seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

Təhsil

23 Fevral 2015, 14:45

Millət vəkili Elmira Axundova növbəti dəfə fevralın 20-21-də deputat seçildiyi Masallı rayonunun Gəyəçöl və Hişkədərə kəndlərində seçiləri ilə görüşüb. Tüklə, Boradigah və digər ətraf kəndlərin əhalisi də qəbulda iştirak ediblər. Modern.az-ın məlumatına görə, qəbul zamanı 100-dən çox  seçici ilə görüşüb, şikayət və müraciətlərini dinləyib, bir sıra məsələlər yerindəcə həll edilib, digərlərinin isə yazılı ərizələri aidiyyəti üzrə göndərilməsi üçün millət vəkili tərəfindən qəbul olunub.

Müraciətlər içində iş, ünvanlı sosial yardım, əlillik dərəcəsi, cərrahiyyə əməliyyatı, qəzalı evlər, torpaq və mülkiyyət mübahisələri, ev təmiri üçün tikinti materiallarının verilməsi, maddi yardım və s. olub. Deputat indiyə qədər də tənha və imkansız insanlara ev tikintisində hökumət tərəfindən köməklik olunmasının zəruriliyi məsələsini dəfələrlə qaldırıb. Bu dəfəki qəbulda bir daha əmin olub ki, bu məsələ çox kəskin gündəmdə durub, çünki şikayətlərin xeyli hissəsi məhz qəzalı evlərlə bağlıdır. Deputat yenə də bu məsələni hökumət qarşısında qaldırmaq niyyətindədir və o, standart layihələr üzrə fərdi evlərin tikintisi üçün Fond yaradılmasını və minimal ödəniş şərtləri ilə sosial əsaslarla həmin şəxslərə icarəyə verilməsini təklif edəcək. Çünki bu ümumrespublika problemidir və onu dövlət səviyyəsində həll etmək lazımdır.

Həmçinin ictimai əhəmiyyətli məsələlər arasında ən kəskin duranlar təmir olunmamış məktəblər, bağçaların çatışmaması və kənd arası yolların əsaslı təmirə ehtiyacı olmasıdır.

Bundan əlavə millət vəkili qış aylarında kəndlərə işıq enerjisinin verilməməsinin şahidi olub. Bunun da əsas səbəbi kimi elektrik xətlərinin köhnəlməsi və transformatorların zəif olması göstərilir. Nəzərə almaq lazımdır ki, bəzi kəndlərə qaz hələ çəkilməyib, elektrik enerjisi isə həmin insanlar üçün yeganə həyat mənbəyidir. Onun da xüsusilə gecələr və soyuq olan vaxtı verilməməsi əhali arasında narazılığa səbəb olur.

Bütün bu məsələlərlə bağlı millət vəkili aidiyyəti qurumlar qarşısında məsələ qaldıracağını seçicilərin nəzərinə çatdırıb.


Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı