Modern.az

“İnşaatçılar” metrostansiyasındakı eskalator təmirə dayandı

“İnşaatçılar” metrostansiyasındakı eskalator təmirə dayandı

Təhsil

23 Fevral 2015, 16:53


Bakı Metropoliteninin “İnşaatçılar” stansiyasının 1-cı çıxışında (ATS tərəfdən) 3 saylı eskalatorunun əsaslı təmirinə başlanılır. Bu barədə Modern.az-a “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.
Metropoliten rəsmisi qeyd edib ki, bununla əlaqədar olaraq qeyd olunan istiqamətdə 3 saylı eskalator fevralın 24-dən dayandırılacaq: “Əsaslı təmirin mayın 22-də başa çatdırılması nəzərdə tutulub. Sərnişinlərdən yarana biləcək narahatlığa görə üzr istəyirik”.  


Gülşən RAUFQIZI
 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı