Modern.az

İqtidar deputatından müxalifətçiyə sual: “Hansı pullara belə qəşəng geyinmisiniz?”

İqtidar deputatından müxalifətçiyə sual: “Hansı pullara belə qəşəng geyinmisiniz?”

Təhsil

23 Fevral 2015, 17:19

Ermənistan parlamentində iqtidar və müxalifət deputatları arasında maraqlı dialoq baş verib. Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, müxalifətdəki Erməni Milli Konqresinin parlamentdəki fraksiya rəhbəri Levon Zurabyan partiyasıınn ölkədəki vəziyytələ bağlı hazırladığı bəyanatda dövlət idarəçiliyində böhran olduğunu və hakim elitanın korrupsiyaya qurşandığını bildirib.

İqitidardakı Respublika Partiyasının üzvü Xosrov Arutunyan isə müxalitəçi həmkarına hakimiyyətin korrupsiya ilə uğurlu mübarizəsinə dair bir neçə nümunə çəkib: “Hakimiyyət səlahiyyətləri sizdədir. Sağlam ölkə qurun. Korrupsiyada isə günahkar hakimiyyətdir! O cümlədən, şəxsən siz! Siz elə fikirləşirsiniz ki, Yerevanda Xosrov Arutunyanın hansı biznesinin olduğnu bilmirlər? Qoy bir nəfər desin mənim hansı biznesmi var”.

Cavab olaraq Arutunyan “əzizim, gəl mənim necə geyimimi sənin geyiminlə müqayisə edək! Əgər bizneslə məşğul deyilsinizsə, onda hansı pullara belə qəşəng geyinmisiniz? Deməli, siz də korrupsionersiniz!”, - deyə Zurabyanı təqsirləndirib.


Levon Zurabyan


Xosrov Arutunyan

Modern.az 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı