Modern.az

Türkiyə şirkətləri Liviyadan qovulur

Türkiyə şirkətləri Liviyadan qovulur

Təhsil

23 Fevral 2015, 17:29

Liviya hakimiyyəti Türkiyə şirkətlərinin ölkədən qovulması haqda qərar qəbul edib. Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, hakimiyyətin qərarı ilə xarici şirkətlərlə imzalanan bütün müqavilələr araşdırılacaq, Türkiyə şirkətlərinə isə ümumiyyətlə ölkə ərazisində fəaliyyət göstərmək qadağandır.

Ötən həftə Liviyanın baş naziri Abdulla əs-Senin Türkiyə şirkətlərini ölkədən qovacağı ilə hədələyib. O, Türkiyə şirkətlərini ölkənin daxili işlərinə qarışmaqda ittiham edirdi.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...