“İrəli” İctimai Birliyi Xocalı faciəsinin ildönümü ilə əlaqədar tədbirlərə start verib. Bu barədə Modern.az-a açıqlamasında İctimai Birliyin sədri MirHəsən Seyidov məlumat verib.
M. Seyidov bildirib ki, hazırda Türkiyədə “Xocalıya Ədalət” Beynəlxalq təbliğat-təşviqat Kampaniyaının keçirdiyi tədbirlərə qatılıb.“Dünən Ankarada Ankarada İNDEX - Azərbaycanın İnsan Kapitalının İnkişafı Mərkəzinin təşkilatçılığı ilə Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü olan “Xocalıya ədalət” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində Xocalı soyqırımının 23-cü ildönümünə həsr olunmuş anım mərasim keçirilib.
Tədbirdə əsas məqsədimiz Azərbaycan xalqının uzun illər ərzində məruz qaldığı təcavüz barədə dünya ictimaiyyətini dolğun məlumatlandırmaq, erməni yalanlarını, o cümlədən saxta “erməni soyqırımı” iddiasını ifşa etmək idi.”
“Eyni zamanda İstanbulda Xocalıya Ədalət yürüşü keçiriləcək. Həmin yürüşdə iştirak edəcəyik. Bu yürüşdə Türkiyəli gənclər də bizə qatılacaq. Artıq bir neçə ildir ki, keçirilən bu yürüş-mitinqlər dünyaya bir mesajdır.”
MirHəsən Seyidov Heydər Əliyev Fondunun dəstəyi ilə, “Xocalıya Ədalət” kampaniyası çərçivəsində İrəli İctimai Birliyi tərəfindən çəkilən “25-lər” filminin təqdimatından da danışıb. Qeyd edib ki, fevralın 25-də Xocalıda hər iki valideynini itirmiş 25 uşaq haqqında çəkilən film Türkiyədə geniş auditoriyaya təqdim ediləcək.
“Film qısa zaman ərzində hazırlandı və əsas məqsəd ermənilərin törətdiyi soyqırımı dünya ictimaiyyətinə çatdırmaqdır. Film Türkiyədən başqa Avropa ölkələrində də yayımlanacaq.”
İRƏLİ-nin həyata keçirəcəyi digər tədbirələrə toxunan M.Seyidov qeyd edib ki, 26 fevral günü gənclərin Xocalı abidəsinə yürüşü, həmçinin Facebook sosial şəbəkəsindəki böyük səhifələrə xüsusi olaraq hazırlanmış “Xocalı həqiqətləri” haqqında mesajlar göndəriləcək. Əsas hədəf daaha çox sosial yönümlü, eyni zamanda “Facebook” tərəfindən rəsmi olaraq təsdilənmiş səhifələr olaacaqdır.
Əsasən ingilis dilində yayımlanacaq mesajlar müxtəlif dillərə tərcümə edilərək paylaşılacaqdır. Eyni zamanda Twitter-də Xocalı ilə bağlı sosial aksiyalar həyata keçiriləcək. Gənclərin Xocalı soyqırımı ilə bağlı maarifləndirilməsi üçün də bir sıra layihələr nəzərdə tutulur.
Qeyd edək ki, Fevralın 26-də həmçinin Şimali Kipr Türk Cumhuriyyətində keçiriləcək Xocalı tədbilərində də İrəli sədrinin iştirakı olacaqdır.
Sonda MirHəsən Seyidov onu da əlavə edib ki, bütün bu tədbirlər, sosial aksiyalar yalnız Azərbaycanın ərazi bütövlüyünün bərpasına yönəlib. Bu istiqamətdə gənclərin daha çox aktiv olmasının vacibliyini vurğulayan İctimai Birlik sədri torpaqlarımızın tezliklə azad olacağı və Azərbaycan bayrağının Xankəndində, Şuşada dalalanacağı günün uzaq olmadığını bildirib.
Modern.az