Modern.az

Xocalı ilə bağlı Cənubi Afrika Respublikasının dövlət orqanlarına bəyanat ünvanlandı

Xocalı ilə bağlı Cənubi Afrika Respublikasının dövlət orqanlarına bəyanat ünvanlandı

Təhsil

23 Fevral 2015, 22:19

Cənubi Afrika Respublikasında fəaliyyət göstərən Azərbaycanın Dostları ictimai təşkilatının sədri Cəmil Məmmədəlizadə Azərbaycanın bu ölkədəki səfirliyinin təşəbbüsü ilə Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar CAR ictimaiyyətinə və dövlət orqanlarına ünvanlanmış bəyanat yayıb.

Modern.az-ın məlumatına görə bəyanatda Xocalının işğal olunma tarixi və bu şəhərdə ermənilər tərəfindən törədilmiş faciə barədə məlumat verilir. Xocalıda Azərbaycanlılara qarşı soyqırımı həyata keçirildiyi vurğulanır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqda ümumi məlumatın da əks olunduğu bəyanatda bu problemin indiyədək öz həllini tapmadığı bildirilir və Azərbaycanın münaqişənin həlli ilə bağlı ədalətli mövqeyi diqqətə çatdırılır. Bəyanata Xocalı soyqırımı zamanı qətlə yetirilmiş uşaqların siyahısı da yer alıb.

Bəyanatda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı beynəlxalq ictimaiyyətə Ermənistanın təcavüzünə qarşı qəti mövqedə dayanmağa və Xocalı soyqırımını tanımağa çağırış da əksini tapır.

Qeyd edək ki, “Xocalıya ədalət” kompaniyası çərçivəsində yayılan petisiyanın internet linkləri imzalanma üçün səfirliyin və Azərbaycanın Dostları ictimai təşkilatının internet və facebook səhifələrində yerləşdirilib.

Modern.az

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı