“Əl-Cəzirə” televiziya kanalı yaxın günlərdə Rusiya Federal Təhlükəsizlik Xidməti də daxil olmaqla dünyanın bir neçə xüsusi xidmət orqanının gizli sənədlərini açıqlamağa başlayacaq.
Modern.az xarici KİV-ə istinadən bildirir ki, bu haqda telekanalın saytında məlumat verilib. Sənədlərin yayımı “The Spy Cables” layihəsi çərçivəsində “Əl-Cəzirə” və Britaniyanın “Guardian” qəzeti ilə birgə həyata keçiriləcək.
Məlumatda qeyd edilir ki, sənədlər 2006-2014-cü illəri əhatə edəcək. Telekanldan isə bildirilib ki, açıqlanan sənədlərdə xüsusi xidmət orqanlarının hakimiyyət tərəfindən vəzifə səlahiyyətlilərinin sui-istifadə hallarından bəhs ediləcək. Bəzi sənədlər yayılmazdan əvvəl orada adı keçən agentlər haqda məlumatları açıqlanmaması üçün redaktə ediləcək.
Sənədləri yayılacaq xüsusi xidmət orqanları isə bunlar olacaq: İsarilin “Mossad”, Britaniyanın M16, Rusiyanın FTX-si, Avstraliyanın ASİO və Cənubi Afrika Respublikasının SSA təşkilatı.Modern.az