Modern.az

Litva Seyminin 51 üzvü Xocalıya görə müraciət qəbul edib

Litva Seyminin 51 üzvü Xocalıya görə müraciət qəbul edib

Təhsil

24 Fevral 2015, 11:48

Xocalı soyqırımı ilə əlaqədar Litva Seyminin 51 üzvü müraciət qəbul edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, müraciətdə Azərbaycan dövlətinə və millətinə dərin başsağlığı verilərək, bəşəriyyətə qarşı yönəlmiş hər bir cinayəti qınadıqlarını qeyd ediblər.
Litva Respublikası tərəfindən hər zaman Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyi və işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş ərazilərdən çıxarılmasına çağırıldığı vurğulanıb.

Müraciətə imza atmış deputatlardan 26-sı Seymdə hakim koalisiyada çoxluq təşkil edən Sosial Demokratlar Partiyasının, qalan üzvlərdən əksəriyyətinin müxalifətdə olan Vətən-Xristian Demokratları Partiyasının və hakim koalisiyada olan digər partiyaların üzvləridir.

Müraciət Seymin internet səhifəsində aşağıdakı ünvanda yerləşdirilib:
//www3.lrs.lt/pls/inter/w 5_show?p_r=618&p_d=154855&p_k= 1

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı