Modern.az

Milli Məclisdə Xocalı qurbanlarının xatirəsi anıldı

Milli Məclisdə Xocalı qurbanlarının xatirəsi anıldı

Təhsil

24 Fevral 2015, 12:16

Milli Məclisin bu gün keçirilən iclasında Xocalı soyqırımı zamanı həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Modern.az saytının məlumatına görə, Milli Məclisin spikeri Oqtay Əsədov Xocalı soyqırımı ilə bağlı məlumat verib. O bildirib ki, son illər Xocalı soyqırımının tanınması istiqamətində ciddi işlər aparılır. Oqtay Əsədov deyib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlayan “Xocalıya ədalət” kampaniyası uğurla aparılır. Onun sözlərinə görə, Xocalı soyqırımı dünyanın bir çox ölkələrinin parlamentləri tərəfindən tanınıb. Spikerin fikrincə, Xocalı soyqırımı cavabsız qalmayacaq və günahkarlar cəzalandırılacaq.

Aqşin KƏRİMOV

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı