Modern.az

Magistratura imtahanının I mərhələsinin nəticələri açıqlandı

Magistratura imtahanının I mərhələsinin nəticələri açıqlandı

Təhsil

24 Fevral 2015, 12:20

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) magistraturaya qəbul imtahanının I mərhələsinin nəticələrini elan edib.

Modern.az saytı xəbər verir ki, nəticələr fevralın 24-də saat 12:00-dan etibarən TQDK-nın internet səhifəsində yerləşdirilib.

Bakalavrlar imtahan nəticələri haqda məlumatı Komissiyanın internet səhifəsindən və bütün mobil operatorlardan iş nömrəsini 7727-yə SMS-lə göndərməklə öyrənə bilərlər.

Hər bir bakalavr həmçinin TQDK-nın internet saytına daxil olaraq öz cavab katrlarının qrafik təsviri ilə də tanış ola bilər.

İmtahanda iştirak etmək üçün 23231 bakalavr qeydiyyatdan keçmişdi. Onlardan 2669 nəfər imtahana gəlməyib, 4 nəfəri isə qaydalara zidd hərəkətlərə yol verdikləri üçün imtahandan xaric olunub. İmtahanda 20558 nəfər iştirak edib.

İmtahanda ən yüksək nəticə isə 96 bal olub.

Modern.az 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...