Modern.az

Qanunsuz tibbi xidmət göstərənlərin cərimələri artırıldı

Qanunsuz tibbi xidmət göstərənlərin cərimələri artırıldı

Təhsil

24 Fevral 2015, 13:42

Milli Məclisin bugünkü iclasında İnzibati Xətalar Məcəlləsində dəyişikliklər müzakirə olunub.

Modern.az saytının verdiyi xəbərə görə, nəzərdə tutulan dəyişikliyə əsasən, tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində, özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş xüsusi razılıqda (lisenziyada) göstərilən işlər və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə - fiziki şəxslər 300 manatdan 500 manatadək, vəzifəli şəxslər 800 manatdan min manatadək, hüquqi şəxslər 2 min manatdan 3 min manatadək miqdarda cərimə edilir.

Bununla yanaşı, qanunun 65-3.2 maddəsində tibb işçiləri öz vəzifələrini yerinə yetirərkən, ixtisaslaşdırılmış tibbi yardımın göstərilməsi tələb olunan şəxsləri bu yardımı göstərən tibb müəssisələrinə göndərmədiklərinə görə fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək, vəzifəli şəxslər beş yüz manatdan səkkiz yüz manatadək miqdarda cərimə ediləcək.

Aqşin KƏRİMOV 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı