Modern.az

Zərərçəkənlər Rəsul Cəfərovdan şikayət etmədilər

Zərərçəkənlər Rəsul Cəfərovdan şikayət etmədilər

Təhsil

24 Fevral 2015, 14:05

Fevralın 24-də Bakı Ağır Cinayətlər Məhkəməsində hüquq müdafiəçisi Rəsul Cəfərovun işi üzrə məhkəmə prosesi keçirilib. Hüquq müdafiəçisinin vəkili Fariz Namazlı Modern.az saytına deyib ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə Rəsul Cəfərov da iştirak edib:

“Prosesə iş üzrə iki zərərçəkən - Cahangir Əhmədov və Nicat İmranlı dindirilib. Onlar ifadələrində Rəsul Cəfərovdan heç bir şikayətlərinin olmadığını, layihə üzrə nə qədər məbləğə razılaşıblarsa, həmin məbləği də aldıqlarını bildiriblər. İş üzrə dindirilən üç şahid də bildiriblər ki, iştirak etdikləri layihə çərçivəsində müvafiq sənədlərə qol çəkib görülən işlərin müqabilində əmək haqqı alıblar və şikayətləri yoxdur. Növbəti proses martın 5-də yeni şahidlərin ifadəsi ilə davam etdiriləcək”.

İnsan Hüquqları Klubunun rəhbəri olan Rəsul Cəfərov avqustun 2-də həbs edilib. İstintaqı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi aparır. Əvvəl Rəsul Cəfərova qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərini aşma ittihamları irəli sürülüb. Onun işinə mənimsəmə və israf etmə və vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri) ittihamları da əlavə olunub.

Yeganə OQTAYQIZI

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı